RU

Ronaldinyo 72 yaşlı modellə görüşür?

Sabiq ulduz futbolçu Ronaldinyo yenə qalmaqalla gündəmə gəlib.

Publika.az xəbər verir ki, bu dəfə braziliyalı əfsanənin 72 yaşlı argentinalı model Qrasiela Alfano ilə münasibətdə olması ilə bağlı iddilar yayılıb.

70-80-ci illərdə Argentinanın seks simvolu kimi tanınan Alfano yanvarda otellərin birində Ronni ilə tanış olub və onunla şəkil çəkdirib. Qısa müddət sonra o, duşdan səmimi bir video yayımlayıb. Bundan sonra onlar arasında münasibət olduğuna dair şübhələr yaranıb.

"İnstagram"da bir milyondan çox izləyicisi olan model bir neçə gün öncə Ronaldinyonun duşda onun çılpaq videosunu çəkməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Alfano 44 yaşlı əfsanə ilə bağlı şayiələri təkzib edib:

“Liftdə Ronaldinyo ilə şəkil çəkdirdim və hamı onun sözügedən video çəkdiyini düşünürdü. Əslində bunu mehmanxanadan bir qız hazırlayıb. O, viral oldu və mən bunu çox bəyəndim”.

Publika.az

Избранный
14
publika.az

1Источники