Azərbaycanlı idmançı Rafael Fiziyev doğum gününü qeyd edib.
Offsideplus.az xəbər verir ki, həmvətənimizin bu gün 33 yaşı tamam olub.
O, ad gününü UFC313 yarışında iştirak etmək üçün yollandığı ABŞ-ın Las Veqas şəhərində keçirib.
Əslində, bütün diqqətini qarşıdakı döyüşə cəmləyən R.Fiziyev doğum gününü təmtəraqdan uzaq, sadə şəkildə qarşılayıb. Las Veqasdakı restoranların birində öz komanda yoldaşları ilə oturarkən, ona üzərində şam yandırılmış desert təqdim olunub. İdmançı "Happy birthday" sədaları altında şamı üfürüb, komanda yoldaşlarının alqışına nail olub.
Qeyd edək ki, R.Fiziyev UFC313-də martın 9-da ABŞ təmsilçisi Castin Qeyci ilə görüşəcək.