RU

Polis əməkdaşları irqçi çıxdılar

Almaniyanın Hamburq şəhərində 15 fəal və təqaüdçü polis məmuru haqqında internet üzərindən irqçi söhbətlər etmək ittihamı ilə intizam istintaqı başladılıb. 

"Cebheinfo.az" xəbər verir ki, Hamburq Polis İdarəsindən verilən açıqlamada 15 polis haqqında irqçi söhbətlər aparmaq ittihamı ilə istintaq başladıldığı bildirilib. Bəyanatda polisin ksenofob, irqçi, zorakılıq və milli sosializmi tərənnüm edən mesajlar göndərdiyinə dair güclü şübhələrin olduğu qeyd edilib. 

Açıqlamada 6 fəal və 3 təqaüddə olan polis əməkdaşının evlərində, iş yerlərində axtarış aparıldığı, 7 polis əməkdaşının isə fəaliyyətinin dayandırıldığı bildirilib. Hamburq Polis İdarəsinin rəisi Frank Şnabel açıqlamasında deyib: "Hamburq Polis İdarəsində heç bir ayrı-seçkilik, şiddətin təriflənməsi və ya ksenofobiyanı qəbul etməyəcəyik". 

Избранный
37
1
cebheinfo.az

2Источники