RU

“E-sosial” portalı beynəlxalq müsabiqədə qızıl mükafata layiq görülüb

“E-sosial” portalı ABŞ-də keçirilən beynəlxalq onlayn “AVA Digital Awards” müsabiqəsində “Veb sayt – dövlət” kateqoriyası üzrə qızıl mükafata layiq görülüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “E-sosial” portalı ABŞ-də keçirilən beynəlxalq onlayn “AVA Digital Awards” müsabiqəsində “Veb sayt – dövlət” kateqoriyası üzrə qızıl mükafata layiq görülüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Operativ Media-ya  verilən məlumata görə, “E-sosial” portalının vətəndaşlar üçün bir kliklə 100-dən çox e-xidməti əlçatan etməsi, pensiya kalkulyatoru, həmçinin e-arayışları yükləmək və yoxlamaq imkanı yaratması müsabiqədə yüksək qiymətləndirilib.

Həmin müsabiqəyə 30-a yaxın ölkədən müxtəlif dövlət qurumları, həmçinin “Samsung”, “The Grove”, “MJ2 Marketing” kimi nüfuzlu beynəlxalq təşkilatlar, univeristetlər və tədqiqat institutları daxil olmaqla 2900 qurumdan müraciət daxil olub.

Qeyd edək ki, “AVA Digital Awards” rəqəmsal kommunikasiyada mükəmməlliyi qiymətləndirən beynəlxalq müsabiqədir. 1994-cü ildə təsis edilən mükafat rəqəmsal medianın konsepsiyası, istiqaməti, dizaynı və istehsalı ilə məşğul olan yaradıcı mütəxəssislərin uğurlarını dəyərləndirir.

Избранный
22
3
operativmedia.az

3Источники