RU

Kanadada ABŞ istehsalı olan spirtli içkilər rəflərdən yığışdırılır

Bakı, 5 mart, AZƏRTAC

Kanadanın bir neçə əyaləti Vaşinqtonun ölkədə istehsal olunan məhsullara 25 faizlik rüsum tətbiqinə cavab olaraq Amerika spirtli içkilərinin satışını dayandırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Kanada əyalətlərinin yerli hakimiyyət orqanları məlumat yayıb.

“Bu gündən etibarən yerli hökumət tərəfindən idarə olunan içki mağazalarının rəflərindən ABŞ məhsulları yığışdırılacaq. Əyalətdəki bir çox digər pərakəndə satış məntəqələri, barlar və restoranlar da artıq Amerika məhsullarını sata bilməyəcək”, - deyə Ontario əyalətinin qubernatoru Daq Ford jurnalistlər üçün təşkil olunan brifinqdə bildirib. Onun sözlərinə görə, ABŞ şirkətlərinin itkiləri on milyardlarla dollar təşkil edəcək.

Eyni zamanda, qubernator Tim Hyuston ABŞ istehsalı olan alkoqollu içkilərin Yeni Şotlandiya əyalətində satışına qadağa qoyulduğunu açıqlayıb. Britaniya Kolumbiyası, Manitoba, Nyufaundlend, Nyu-Brunsvik və Labrador əyalətlərində, həmçinin şahzadə Eduard Adasında da oxşar məhdudiyyətlər elan olunub.

Qeyd edək ki, martın 4-də Ağ ev Kanada və Meksikadan idxal olunan bütün məhsullara 25 faizlik gömrük rüsumu tətbiq edib, Çindən gələn mallara isə tarifləri 10 faizdən 20 faizə qaldırıb. Kanadanın Baş naziri Castin Trüdo ABŞ-ın Kanadaya qarşı ticarət müharibəsinə başladığını və Ottavanın Vaşinqtona cavab olaraq ABŞ məhsullarına 25 faizlik rüsum tətbiq etdiyini açıqlayıb.

Избранный
15
azertag.az

1Источники