RU

"Rusiya Qafazda bunu etməyə çalışacaq" - Akif Nağı

"Rusiya ABŞ ilə yaxınlaşmasından istifadə edərək Cənubi Qafqazda yenidən mövqeyini bərpa etməyə çalışa bilər".   Bunu Manset.az-a açıqlamasında siyasətçi Akif Nağı deyib. O bildirib ki, hazırda iki ölkənin münasibətləri nisbətən yumşalır: "Qarşılıqlı şəkildə müəyyən maraqları nəzərə alırlar. Belə görünür ki, ABŞ öz mövqeyini möhkəmləndirir və Rusiyanı öz tərəfinə çəkməyə çalışır.  Rusiyanın Çinlə bir ittifaqda olması ABŞ-ni ciddi şəkildə narahat edir. Təsadüfi deyil ki, bu günlərdə ABŞ-nin dövlət katibi Marko Rubio belə bir açıqlama verdi ki, bu əsrin əsas aparıcı xətti ABŞ ilə Çin arasında münasibətlər olacaq. Yəni ABŞ-nin hədəfində daha çox Çindir və Çinin ətrafında kimlərinsə toplaşması onları narahat edir". Akif Nağı onu da vurğulayıb ki, Rusiya Gürcüstanda mövqeyini yenidən bərpa etməyə çalışır: "Ola bilər ki, Ermənistanda da proseslər getsin. İrəvan özü də Rusiya ilə münasibətləri yenidən qurmağa çalışır.  Azərbaycan-Türkiyə tandemini nəzərə alsaq, Rusiyanın Azərbaycanda öz təsir imkanlarını artırması mümkün deyil. Azərbaycanın öz mövqeyi var və öz təhlükəsizliyini təmin etmək iqtidarındadır".   

Seyranə Quliyeva

Избранный
53
1
manset.az

2Источники