Gürcüstan Orta Dəhlizin inkişaf etdirilməsinə xüsusi önəm verir.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Özbəkistanda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze həmkarı Abdulla Aripovla görüşü zamanı deyib.
Hökumət başçısı Gürcüstanın tarixən Avropa və Asiyanı əlaqələndirən vacib strateji mövqeyi olduğunu vurğulayıb.
“Ölkələrimiz arasında siyasi əməkdaşlıq çox vacibdir. Biz ticarət tərəfdaşlığının daha da artırılmasında maraqlıyıq. Özbəkistanın investisiya mühiti gürcü investorlar üçün çox cəlbedici ola bilər və Gürcüstan da potensial investorlara çox maraqlı investisiya mühiti təklif edir. Biz Orta Dəhlizin inkişafına xüsusi önəm veririk. Gürcüstan strateji mövqeyə malikdir və tarixən Avropa ilə Asiyanı, Qərblə Şərqi birləşdirib. Biz bu strateji mövqedən maksimum yararlanmaq istəyirik və Gürcüstanla Özbəkistan arasında əməkdaşlıq bu istiqamətdə çox səmərəli və faydalı ola bilər”, - deyə Gürcüstanın baş naziri bildirib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта