RU

Azərbaycanlı hakim Avropa çempionatına təyinat aldı

Azərbaycanlı hakim Elçin Məsiyev Avropa çempionatına təyinat alıb.

FIFA referisi Elçin Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alıb.

"Operativ Media" xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidməti məlumat yayıb.

I kateqoriyaya malik E. Məsiyevin hakimlər briqadasında Elşad Abdullayev və Pərvin Talıbov köməkçi hakim funksiyasını yerinə yetirəcəklər.

Avropa çempionatının final mərhələsi 11-28 iyun aralığında 16 komandanın iştirakı ilə keçiriləcək.

Избранный
33
29
operativmedia.az

10Источники