Fransa prezidenti Emmanuel Makron martın 5-də sakinlərə müraciət edib. O, bu barədə X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat verib.
“Əziz həmvətənlərim, bu böyük qeyri-müəyyənlik dövründə, dünyanın ən ciddi problemlərlə üzləşdiyi bir vaxtda mən bu axşam saat 20:00-da (Bakı vaxtı ilə 23:00 – Red.) sizə müraciət edəcəyəm”, - Makron yazıb.
Lakin Fransa lideri söhbətin təfərrüatlarını açıqlamayıb. BFMTV kanalının məlumatına görə , canlı yayım Yelisey sarayından aparılacaq.