RU

Azərbaycanlı FİFA referiləri Türkiyə millisinin oyununda

Azərbaycanın futzal üzrə FİFA referiləri Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılovdan ibarət hakimlər briqadası beynəlxalq təyinat alıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Hakimlərimiz Avro-2026-nın əsas mərhələsinin 3-cü qrupunda keçiriləcək Türkiyə – Slovakiya oyununu idarə edəcəklər.

Qarşılaşma martın 12-də Türkiyənin Erzincan şəhərində baş tutacaq. Matçın birinci hakimi H.Qafarlı, ikinci hakimi K.Əmiraslanov, üçüncü hakimi Ə.Cəbrayılov olacaq.

Избранный
64
8
idmanxeber.az

10Источники