RU

Kovaç: “Lill” ilə oyunda qələbəni ikinci hissədə əldən verdik”

Dortmund “Borussiya”sının baş məşqçisi Niko Kovaç Çempionlar Liqasının 1/8 finalının “Lill” ilə ilk oyununu (1:1) şərh edib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, xorvat mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Bu gün biz tamamilə fərqli iki hissə gördük. Birinci hissədə biz daha yaxşı oynayırdıq, amma ikinci hissədə çox ölüvay idik. İkinci hissədə yaxşı bir rəqibə qarşı oynayaraq, biz təkbətək mübarizələrdə gərək olan yığcamlığı ortaya qoymadıq və buna görə də cəzalandırıldıq.

Bu, Çempionlar Liqasının 1/8 mərhələsidir. Zəif rəqiblər daha yoxdur. Biz birinci hissədə nümayiş etdirdiyimiz yaxşı oyun üzərindən gəlməliyik. Lilldə bizi çox çətiin tapşırıq gözləyir, biz yekunda yaxşı oynayacağımızı hesaba alırıq.

Mən, komandamın necə inkişaf etməsindən müəyyənliklə məmnunam, baxmayaraq ki, bəzən bu gün ikinci hissədə olduğu kimi müvafiq uğursuzluqlar baş verir”, deyə Kovaç vurğulayıb.

Cavab oyunu çərçivəsində Dortmund “Borussiya”sı martın 12-də Lilldə “itlər”in “qonağı” olacaq.

Избранный
48
arena.az

1Источники