RU

Abituriyentlər üçün imtahan dövrü psixoloji dayanıqlılığın sınağa çəkildiyi bir mərhələdir

Bakı. Trend:

Abituriyentlər üçün imtahan dövrü yalnız akademik biliklərisınamaq deyil, eyni zamanda psixoloji dayanıqlılığın sınağaçəkildiyi bir mərhələdir. Bu dövrdə valideynlərin övladlarındanyüksək akademik nəticələr gözləməsi və bununla bağlı təzyiqgöstərməsi, gənclərin özünəinamını azaldır, emosional sabitliyinipozur və uzunmüddətli akademik uğurlarına mane olur.

Trendxəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqramhesabında canlı yayımda Səhiyyə Nazirliyi 2 nömrəli KlinikPsixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt RövşənNəcəfov açıqlayıb.

Onun sözlərinə görə, davamlı tənqid və başqaları ilə müqayisəuşaqların özünəinamını zəiflədir:

“Belə bir şəraitdə böyüyən gənclər öz dəyərlərini yalnızakademik uğurlarla ölçməyə başlayırlar. Bu, depressiv düşüncələrə,sosial çəkilməyə və hətta özünütənqid meyllərinin artmasına gətiribçıxara bilər. Övladlarının yalnız qiymətlərinə görə deyil, bilik vəbacarıqlarına görə dəyərləndirilməsi daha sağlam psixoloji inkişafıtəmin edir. Valideynlər üçün ən vacib məsələ, övladlarının fərdibacarıq və potensialını nəzərə almaqdır. “Ən yaxşı nəticənigözləyirəm” kimi ifadələr əvəzinə, “Əlindən gələni etsən,kifayətdir” mesajını vermək, gəncin özünü daha güvənli hissetməsinə və daxili motivasiyasını qorumasına kömək edir. Eynizamanda, akademik göstəricilərdən əlavə, həyat bacarıqları vəşəxsiyyət inkişafı da uğurlu gələcək üçün vacib faktorlardır”.
R.Nəcəfov qeyd edib ki, imtahan həyatda yalnız bir imkandır və heçbir nəticə insanın gələcəyini tamamilə müəyyən etmir:
“Əsas olan, gənclərin özlərinə inamlı, motivasiyalı və emosionaldayanıqlı olmalarına kömək etməkdir. Düzgün psixoloji dəstək vəanlayışlı yanaşma, həm akademik, həm də fərdi inkişaf üçün ən güclütəməldir”.

Məqalədə:
Избранный
40
az.trend.az

1Источники