RU

İmtahan nəticələri ilə bağlı həddindən artıq neqativ reaksiyalar problemlərə səbəb ola bilər

Bakı. Trend:

İmtahan nəticələrinin uğursuz olması bəzi valideynlər tərəfindənuşaqlarına həyatlarının məhvi kimi təqdim edilir. Bu yanaşma gəncinpsixologiyasına ciddi təsir göstərir və onun emosional sabitliyinipozur.

Trendxəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqramhesabında canlı yayımda Səhiyyə Nazirliyi 2 nömrəli KlinikPsixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt RövşənNəcəfov açıqlayıb.

Onun sözlərinə görə, uşaq bu cür sözləri eşidəndə nəticənintəkcə bir imtahan olmadığını, bütün gələcəyinin məhv olduğunudüşünməyə başlayır:

“Bu isə ağır stresə, depressiv düşüncələrə və motivasiyaitkisinin dərinləşməsinə gətirib çıxarır. Gənc özünü dəyərsiz hissedir, özgüvəni azalır və gələcək cəhdlərə qarşı qorxu formalaşır.İmtahan nəticələri ilə bağlı həddindən artıq neqativ reaksiyalardepressiya, motivasiya itkisi və hətta sosial izolyasiya kimiproblemlərə səbəb ola bilər. Gənclər bir imtahandakı uğursuzluğuhəyatlarının sonu kimi gördükdə, riskli davranışlara meyilli olabilərlər. Bundan əlavə, belə yanaşma onları yalnız mükəmməlnəticələr üçün yaşamağa, uğursuzluqdan qorxmağa və özünü davamlıolaraq başqaları ilə müqayisə etməyə vadar edir. Valideynlərövladlarına onların dəyərinin yalnız akademik nəticələrə bağlıolmadığını göstərsinlər. “Bu imtahan sənin həyatını müəyyən etmir”və ya “Sən bizim üçün dəyərlisən, nəticə necə olursa olsun” kimicümlələr gəncə psixoloji rahatlıq verə bilər”.

Psixoterapevt bildirib ki, imtahan nəticələri heç vaxt insanındəyərini və gələcəyini müəyyən etmir:

“Valideynlərin övladlarını başa düşməsi, onlara sevgi və dəstəkgöstərməsi, tənqid və müqayisədən uzaq durması onların psixolojisağlamlığı üçün vacibdir. Doğru yanaşma ilə hər uğursuzluqtəcrübəyə çevrilir və gənclər həyatın çətinlikləri ilə daha güclümübarizə aparmağı öyrənirlər”.

Məqalədə:
Избранный
49
4
az.trend.az

4Источники