RU

Millimizin sabiq futbolçusu həbs edildi 

Milli komandamızın sabiq futbolçusu Abdulla Abatsiyev Rusiyada dələduzluq ittihamı ilə həbs edilib.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb 31 yaşlı keçmiş oyunçunun fırıldaqçı şəbəkənin üzvü olmasıdır. Onlar 79 yaşlı təqaüdçüyə zəng edərək, özlərini hüquq mühafizə orqanının əməkdaşları kimi təqdim ediblər və təqaüdçünü 14 milyon rubl (265 min 188 manat) verməyə razı salıblar.

Pulu götürəcək şəxsin məhz Abdulla Abatsiyev olduğu məlum olub.

Abatsiyev “Sumqayıt”da və “İnter”də çıxış esib. Gənc futbolçu Azərbaycanın əsas yığmasına da cəlb olunub.

 

Избранный
21
idmanxeber.az

1Источники