RU

Uşaqlarda yuxu rejimini tənzimləməyin ən sadə yolu

“Uşağın gündüz yuxusu uzun çəkirsə, onu oyatmaq lazımdır, əks halda gecə yuxuya getmə ilə bağlı problemlər yarana bilər”.

Qaziler.az xəbər verir ki, bu məsləhəti pediatr Ramil Şaxveledov “NEWS.ru”ya müsahibəsində deyib. O qeyd edib ki, gündüz yuxusu körpənin sağlam inkişafında vacib faktdır.

“Gündüz yuxusu uşağın inkişafında mühüm rol oynayır. Aktiv bir gün üçün lazım olan gücü və enerjini bərpa etməyə kömək edir. Ancaq körpəniz gün ərzində çox  yatırsa, bu, onun gecə yuxusuna təsir edə bilər. Nəticədə o, yatmalı olduğu vaxt - gecə oyaq olacaq, gündüz isə aktiv olmalıdır. Uşağınız gün ərzində çox yatırsa, gecə rejimini pozmamaq üçün onu yumşaq şəkildə oyatmaq olar. Beləliklə, uşağı rahat yatması üçn oyatmaq absurd deyil, zərurətdir”, - deyə Şaxveledov bildirib.

O qeyd edib ki, uşağın rejimi yoxdursa, o, çox gec oyanmağa başlayacaq. Pediatrın sözlərinə görə, bu, tədricən onun fiziki və emosional vəziyyətinə mənfi təsir göstərə bilər.

Uşaq müəyyən gündəlik rejimə öyrəşdikdə, bədəni ona nə vaxt yatmaq və nə vaxt oyaq olmaq vaxtının gəldiyini söyləməyə başlayacaq. Bu, nizamsız yuxudan yarana biləcək yorğunluq və stressin qarşısını almağa kömək edir. Bu ritmlər pozularsa, uşaq şıltaq, əsəbi və diqqəti zəif ola bilər, - deyə Şaxveledov qeyd edib.

QAZİLER.AZ

Избранный
14
qaziler.az

1Источники