RU

Milanda Ukraynanın bərpasına dair özəl sektorla müzakirələr aparılıb

Roma, 5 mart, AZƏRTAC

İtaliyanın Milan şəhərində Ukraynanın bərpasına dair özəl sektorun iştirakı ilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani bu tədbirin iyulun 10-11-də paytaxt Romada keçirilməsi planlaşdırılan Ukraynanın bərpasına dair konfransa hazırlıq məqsədi daşıdığını bildirib.

Qeyd edib ki, bu, həmçinin özəl sektorun cəlb edilməsinə həsr olunmuş dörd hazırlıq tədbirdən birincisidir.

Tədbirdə İtaliya, Ukrayna və beynəlxalq miqyasda 550-dən çox şirkət təmsil olunub. Məqsəd hökumətləri, yerli hakimiyyət orqanlarını, beynəlxalq maliyyə institutlarını, inkişaf banklarını, beynəlxalq şirkətləri bir araya gətirərək yenidənqurma prosesində biznes və maliyyə institutlarının iştirakını dəstəkləmək barədə müzakirələr aparmaqdır.

Ümumilikdə 700 iştirakçı investisiyalar, biznesin təşviqi, enerji və yaşıl keçid, istehsal və transformasiya sənayeləri, infrastruktur və mənzil tikintisi, mühüm xammal kimi mövzulara həsr olunmuş sessiyalarda fikir mübadiləsi aparır.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Избранный
33
1
azertag.az

2Источники