RU

Pezeşkian: “Dizel ölkə daxilində 300 tümənədir, xarici bazarlarda isə 60-70 min tümənə satılır"

Ötən həftə İran prezidenti Məsud Pezeşkiyan sahibkarların və müxtəlif peşə birliklərinin nümayəndələri ilə görüşündəölkədə yanacaq qaçaqmalçılığı ilə bağlı çoxsaylı faktların aşkar edilməsinə toxunaraq deyib:

“Tehranda möhtəkirlik məqsədilə gizlədilmiş 10 milyon litr dizel yanacağı aşkar olunub və müsadirə edilərək iş məhkəməyə verilib. Bu, sadəcə bir haldır. Belə həcmdə yanacaq ölkədən qaçaqmalçılıq yolu ilə çıxarıla bilirsə, deməli, sistemdə ciddi problem var. Çünki dizel yanacağı bazardan asanlıqla yığılıb qaçaqmalçılıq yolu ilə çıxarıla bilən əmtəə deyil. Bu həcmdə malın ötürülməsi geniş nəqliyyat zənciri tələb edir”. Ölkə daxilində və xaricdə dizelin qiymətindəki kəskin fərqə işarə edən prezident bildirib: “Dizel ölkə daxilində 300 tümənədir, xarici bazarlarda isə 60-70 min tümənə satılır. Təbii ki, bu şəraitdə bəziləri mənfəət ardınca qaçır, amma bunun qarşısı alınmadıqda, ölkənin yanacaq təchizatında böhran yaranır. Əgər bu vəziyyətə nəzarət edə bilməsək, elektrik stansiyalarını yanacaqla təmin etmək və elektrik enerjisi istehsal etməkdə problemlərlə üzləşəcəyik”.

visiontv.az



Избранный
42
visiontv.az

1Источники