RU

Bakıda bank kartlarından 25 min manat oğurlayan şəxslər SAXLANILDILAR

Bakı şəhərində bank kartından oğurluqda və dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Far.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın ayrı-ayrı rayonlarında 3 vətəndaşa dələduzluq edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 25 min manata yaxın maddi ziyan vurulması barədə polisə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən - 39 yaşlı A.Hətəmov, 30 yaşlı T.Əlizadə və 28 yaşlı M.Şükürov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Избранный
84
11
far.az

10Источники