RU

İran aviasiya sənayesini inkişaf etdirmək üçün Rusiya ilə razılığa gəlib

IRNA xəbər verir ki, İranın yol və şəhərsalma nazirinin müavini, Mülki Aviasiya Təşkilatının sədri Hüseyn Purfərzanə Moskvaya səfəri çərçivəsində Rusiyanın nəqliyyat nazirinin müavini və Federal Aviasiya Agentliyinin rəhbəri Dmitri Yadov ilə görüşüb.

Məlumata görə, səfər iki ölkə arasında aviasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və uçuş keyfiyyətinə dair ikitərəfli sazişin və İranla Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsinin bağlanmasının müzakirəsi məqsədi ilə həyata keçirilib.

Razılaşma əsasında tərəflər bir-birlərinin aviasiya standartlarını qəbul etməklə İran şirkətlərinin Rusiyaya texniki və mühəndislik xidmətlərinin ixracının inkişafına zəmin yaradacaqlar.

visiontv.az



Избранный
31
visiontv.az

1Источники