RU

Elçin Məsiyev AÇ-2025-in final mərhələsinə təyinat aldı

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinə təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, birinci kateqoriyaya malik ədalət təmsilçisinin hakimlər briqadasında Elşad Abdullayev və Pərvin Talıbov köməkçi hakim funksiyasını yerinə yetirəcəklər. Elçin Məsiyev və köməkçilərinin hansı oyunları idarə edəcəyi hələ müəyyənləşməyib.

Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət komandalar (U-21) arasında Avropa çempionatının final mərhələsi bu il Slovakiyada təşkil olunacaq. AÇ-2025-in final mərhələsi iyunun 11-28-i aralığında 16 komandanın iştirakı ilə keçiriləcək.

Избранный
118
29
arena.az

10Источники