RU

AAYDA sürücüləri bu yolda diqqətli olmağa çağırdı

Bakı. Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hərəkətdə olaniriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki vəkütlə parametrlərini ölçən texniki vasitələrin (elektrontərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarındaquraşdırılması ilə əlaqədar yolda hərəkətin məhdudlaşdırılmasıbarədə hərəkət iştirakçılarına (sürücülərə) müraciət edib.

Trend xəbərverir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilib ki, M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədiavtomobil yolunun 343,2-ci kilometrində (Gəncə postu yaxınlığı)quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərininbaşladılması ilə əlaqədar 06 mart 2025-ci il tarixdən başlayaraqtəqribən 2 (iki) ay müddətində nəqliyyat vasitələrinin hərəkətininqismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədəkənardankeçmə yolu ilə təşkil ediləcəkdir.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunanmüddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətliolmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinəvə yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur",- deyəməlumatda qeyd edilib.

Избранный
39
12
az.trend.az

10Источники