RU

Ukraynada ehtiyat yaratmaq üçün hərbi xidmətə qeydiyyat 14 yaşından başlayacaq

Ukrayna Silahlı Qüvvələri üçün ehtiyat yaratmaq məqsədilə Ali Rada 14 yaşından gənclərin hərbi xidmətə qeydiyyatı haqqında qanun layihəsi hazırlayıb.

Herbiand.az xəbər verir ki, bu barədə xalq deputatı Maksim Savrasov məlumat verib.

“Biz gənc ukraynalı oğlanlar haqqında məlumatların toplanması prosesini dəyişdirməyi planlaşdırırıq ki, onlar 14 yaşından hərbi qeydiyyata dura bilsinlər”, - deputat deyib.

Savrasov əlavə edib ki, yeni layihəyə əsasən, təhsil müəssisələri gənclərin tibbi məlumatlarını saxlamağa başlayacaq və onlardan gənclərin hərbi xidmətə qeydiyyatına köməklik göstəriləcək.

Bəxtiyar CƏFƏRLİ

Избранный
80
herbiand.az

1Источники