RU

Tamilla Japarovi: Azərbaycanın multikulturalizm modelinin əsas xüsusiyyətlərini öyrənirik

Quba, 5 mart, Elxan Yusifli, AZƏRTAC

Beynəlxalq Multikulturalizm Məktəbinin ən maraqlı tərəfi ondan ibarətdir ki, burada dünyanın müxtəlif ölkələrindən iştirakçılar var. Braziliya, İraq, Türkiyə, Yaponiya, Zimbabve və başqa ölkələri sadalaya bilərəm. Fərqli ölkələrin və xalqların nümayəndələri ilə fikir mübadiləsi aparmaq, onlarla düşüncələrimizi bölüşmək olduqca maraqlıdır. Bizə burada multikulturalizm anlayışı, onun modelləri və Azərbaycanda multikulturalizm modeli haqqında ətraflı məlumat verilir. Azərbaycanın multikulturalizm modelinin əsas xüsusiyyətləri və prinsipləri haqqında öyrənirik.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Müxtəliflik və bərabərlik: İnklüziv gələcəyin qurulması” adlı XVI Beynəlxalq Multikulturalizm Məktəbinin Gürcüstandan olan iştirakçısı Tamilla Japarovi söyləyib.

“İlk dəfədir Azərbaycandayam. Burada olan müxtəliflik mənə çox xoş təsir bağışladı. Azərbaycanlılar çox qonaqpərvər və istiqanlıdırlar. Biz Qubada mühazirələr dinləməklə yanaşı, bölgənin turizm mərkəzlərinə, görməli yerlərinə ekskursiya da edəcəyik. Proqramımız çox gözəl tərtib olunub. “Öz xalqını təqdim et” adlı musiqili axşamlar təşkil olunacaq. Biz burada həm öyrənəcəyik, həm də əylənəcəyik”, - deyə Tamilla Japarovi bildirib.

Избранный
31
azertag.az

1Источники