RU

"Bellator" döyüşçüsü Fiziyevə inanır: “Ümid edirəm ki, Rafael qalib gələcək”

“Ümid edirəm ki, Rafael qalib gələcək”.

İdman.biz xəbər verir ki, bu sözləri "Bellator" döyüşçüsü Valentin Moldavski Las-Veqasda UFC 313 turnirində azərbaycanlı döyüşçü Rafael Fiziyevlə amerikalı Castin Qetjinin qarşıdakı görüşü barədə danışarkən deyib.

“Sport-Ekspress”ə danışan Moldavski şansların bərabər olduğunu vurğulayıb: “Onların ilk döyüşündə inadkar bir qarşıdurma oldu və Getji qalib gəldi. Ümid edirəm ki, bu dəfə Fiziyev qələbə qazanacaq. Qarşıdakı döyüşdə şansları 50-50-yə qiymətləndirirəm”.

Fiziyev və Qetji ilk döyüşlərini 2023-cü il martın 18-də Londonda UFC 286 çərçivəsində keçiriblər. Onda hakimlərin qərarı ilə amerikalı qalib elan olunub. Bu il fevralın 27-də isə azərbaycanlı döyüşçünün Qetji ilə qarşılaşmalı olan yeni zelandiyalı Den Hukeri əvəzləyəcəyi açıqlanıb.

UFC 313 turniri martın 8-dən 9-na keçən gecə baş tutacaq, əsas döyüşlər Bakı vaxtı ilə saat 07:00-da başlayacaq. Fiziyev və Qetji arasında döyüş 08.30 radələrində gözlənilir. Şounun əsas hadisəsi isə Aleks Pereyra və Məhəmməd Ankalayev arasında yarımağır çəkidə çempionluq kəməri uğrunda döyüş olacaq.

İdman.biz

Избранный
25
idman.biz

1Источники