RU

Vensan Kompani: “Bayer” layiqli rəqibdir”

“Bayern”in baş məşqçisi Vensan Kompani UEFA Çempionlar Liqasının 1/8 finalının “Bayer”lə ilk oyunundan gözləntisini açıqlayıb.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən, belçikalı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Bu, həmişə “Bayern” və “Bayer” arasındakı oyundur. Xabi Alonso və mən sabah meydana çıxıb oynaya bilmərik. Hər iki komanda yüksək fərdi hazırlığa malikdir və çox fəal oynayırlar.

Bizim keçirdiyimiz üç oyunda üç fərqli tarixçə var. Oyunlar həmişə hüdudlar sərhəddində keçir, fərq cüzidir. Leverkuzen “Bayer”i layiqli olaraq yüksək səviyyəli rəqib hesab edilir. Biz oyunun səbrsizliklə intizarındayıq, çünki, bu, yüksək səviyyəli oyundur”, deyə Vensan Kompani vurğulayıb.

“Bayern”in 35 yaşlı alman veteran hücumçusu Tomas Müller də “Bayer”ə qarşı keçirəcəkləri ev oyunundan gözləntisini açıqlayıb:

“Bu, müəyyənliklə ağır bir oyun olacaq. İndi biz, növbəti mərhələyə çıxmağa layiq olduğumuzu sübut etmək məsələsində köklənmişik”, deyə Müller vurğulayıb.

Hakim “Bayern” – “Bayer” oyununun başlanğıc fitini martın 5-dən 6-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da səsləndirəcək.

Избранный
41
arena.az

1Источники