Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Surxay Əliyev 7 il 6 ay, Hikmət Nəcəfli 8 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Xatırladaq ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror Surxay Əliyevin 9 il, Hikmət Nəcəflinin 9 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini təklif edib.
Qeyd edək ki, onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham edilirlər.
Surxay Əliyev və Hikmət Nəcəfli Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib.
Cinayət işi üzrə - Oktay Rza oğlu Abdullayev, İkram Tahir oğlu Təhləyev, Sevil Bayram qızı Məsimova, İradə Hüseyn qızı Hacınskaya, Məhərrəm Abasət oğlu Əsgərov, Vladim Məhəmməd oğlu İbrahimov, Elmira Zamanova, Zülfiyyə Seyid qızı Şirin, Mobil Qəhrəman oğlu Qəhrəmanov, Səyyarə Mərdan qızı Abbasova zərərçəkmiş qismində tanınıblar.
Qeyd edək ki, Surxay Əliyev və Hikmət Nəcəfli bundan əvvəldə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkum olunublar.
Fariz Məlikli
Demokrat.az
10Источники
-
news24.azBaş redaktor Surxay Əliyevə və müavininə hökm oxundu ( 15866287)
-
infoaz.ws“Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyevə və müavininə hökm oxunub ( 15867705)
-
ulusum.az"Bizim dövr" qəzetinin baş redaktoru Surxay Əliyevə və müavininə hökm oxunub ( 15867669)
-
turkustan.azBaş redaktor və müavininə hökm oxundu ( 15866627)
-
demokrat.azBaş redaktora və müavininə hökm oxundu ( 15866367)
-
sherg.az"Bizim dövr" qəzetinin baş redaktoru Surxay Əliyevə və müavininə hökm oxunub ( 15866347)
-
redaktor.azBaş redaktora və müavininə hökm OXUNDU ( 15866241)
-
referans.azBaş redaktor Surxay Əliyevə və müavininə hökm oxunub ( 15866193)
-
sfera.azBaş redaktor və müavininə hökm oxundu ( 15866119)
-
missiya.az"Bizim dövr" qəzetinin baş redaktoru Surxay Əliyevə və müavininə hökm oxunub ( 15866049)