RU

Türkiyədə Asya Alizade və digər reperlər barəsində araşdırma başladıldı

Türkiyədə azərbaycanlı reper Asya Alizade, LvbelC5 və Akdo-nun "Kahpe" mahnısı ilə bağlı araşdırma başladılıb.

Axşam.az xəbər verir ki, buna səbəb klipdə ədəbsiz səhnələrin yer alması və sözlərin ictimai əxlaqa zidd olması olub. Bu da dinləyicilər tərəfindən tənqidlə qarşılanıb. 

Bundan sonra mahnının seksual səhnələri və məzmunu ilə bağlı rəsmi araşdırma başladılıb. Aidiyyəti qurumlar tərəfindən aparılacaq araşdırmanın nəticəsindən asılı olaraq mahnı və klip yayımdan qaldırıla bilər.

Qeyd edək ki, bu, LvbelC5-in tənqidlə üzləşdiyi ilk hal deyil. Onun "Hav-hav" mahnısı da oxşar şəkildə müzakirə mövzusuna çevrilmişdi. Mahnının gənclərə pis örnək olduğu iddiası ilə CİMER-ə şikayət edilib və yayımdan çıxarılması istənilib.

Избранный
35
turanpress.com

1Источники