RU

Xaricə kakao satışımız idxalı üstələdi

Ölkəyə 876 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar ixrac olunub.

Valyuta.az statistik məlumatlara əsasən xəbər verir ki, bu hesabat ümumi ixracın 0.03%-ni təşkil edib ki, ötən ilin eyni dövründə göstərici 465 min ABŞ dolları dəyərində olub və ümumi ixrac üzrə rəqəmlər dəyişməyib. Nəticə olaraq, Azərbaycanın bu ilin yanvar ayı üzrə göstəricisi ötən ilin eyni dövrü ilə müqayisədə ixrac payını 411 min ABŞ dolları dəyərində artırıb. 

Məlumata görə, bu ilin yanvar ayında Azərbaycana 13 milyon 432 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal olunub. Bu statistika ümumi idxalın 0,65%-i təşkil edib. Ötən il idxal üzrə göstərici 13 milyon 864 min ABŞ dolları dəyərində olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə ümumi idxalın 1,21% olduğunu deməyə əsas verir. 

Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar ayında kakao və ondan hazırlanan məhsullar 432 min ABŞ dolları dəyərində az idxal olunub. 

Sərvanə Rəmixanova

Избранный
45
1
valyuta.az

2Источники