RU

Xulian Alvares iki ulduzun nəticəsini təkrarladı

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Atletiko Madrid"in hücumçusu Xulian Alvares "Real Madrid"in qapısına yol taparaq "qırmızı-ağlar"ın iki forvardının uğurunu təkrarlayıb.

Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, 1:2 hesabıyla uduzduqları qarşılaşmada komandasının yeganə qoluna imza atan argentinalı XXI əsrdə "Santyaqo Bernabeu" stadionunda ardıcıl iki derbidə əzəli rəqibi cəzalandırmağı bacaran 3-cü oyunçu olub.

Daha öncə Dieqo Forlan (2010) və Antuan Qrizmann (2017) anoloji nəticə ilə diqqət mərkəzinə düşmüşdülər.

Xatırladaq ki, tərəflərin cavab qarşılaşması martın 12-də "Riyad Eyr Metropolitano" stadionunda baş tutacaq.

Nihat

Избранный
9
fanat.az

1Источники