RU

Filippində itkin düşən döyüş təyyarəsinin qalıqları tapılıb

Bakı, TurkicWorld

Filippində dünən itkin düşən FA-50 döyüş təyyarəsinin qalıqları və iki pilotunun cəsədi ölkənin cənubundakı Kalatunqan dağında aşkar edilib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Filippin Hərbi Hava Qüvvələrinə (PAF) məxsus döyüş təyyarəsi Bukidnon əyalətində üsyançılarla mübarizəni dəstəkləmək üçün havaya qalxıb, lakin qısa müddət sonra onunla əlaqə kəsilib.

Bölgəyə göndərilən axtarış-xilasetmə qrupları meşəlik ərazidə qəzaya uğrayan təyyarənin qalıqlarını və iki pilotun cəsədini tapıblar.

PAF rəsmi bəyanatında pilotların həlak olduğunu təsdiqləyərək, hadisənin dərin kədər doğurduğunu bildirib.

PAF sözçüsü polkovnik Consuelo Castillo qəzanın səbəbinin hələlik qəti müəyyən edilmədiyini, lakin hərtərəfli istintaq aparılacağını açıqlayıb.

Məlumata görə, bütün FA-50 döyüş təyyarələri istintaq başa çatanadək yerə endirilib.

Qeyd edək ki, Filippin 2015-ci ildə Cənubi Koreyanın "Korea Aerospace Industries Ltd." şirkətindən 12 FA-50 qırıcısı alıb. Müqavilənin ümumi dəyəri 331 milyon dollar (18,9 milyard peso) təşkil edib.

Избранный
25
turkic.world

1Источники