RU

Köçəryanla Sarkisyanın adamları vuruşurlar: İrəvanda nə baş verir?

Son günlər mediada və sosial şəbəkələrdə Ermənistanın ikinci və üçüncü prezidentləri – Robert Köçəryanla Serj Sarkisyanın tərəfdarları arasında “atışma” başlayıb.

Publika.az xəbər verir ki, hər iki tərəf münasibətlərdə gərginlik yaratmaqda bir-birini günahlandırır.

Jurnalistlərlə söhbətində “Mənim Şərəfim Var” blokunun deputatı (Sarkisyanın rəhbərlik etdiyi RPA-nın nümayəndəsi) Anna Mkrtçyan bildirib ki, RPA üzvləri Köçəryanın mətbuat konfransına heç bir reaksiya verməyiblər. Onun sözlərinə görə, hər şey Baqrat Mikoyanın müsahibəsi ilə başlayıb.

“Məncə, bütöv bir saatı RPA ilə bağlı şübhələrə və dolayı fərziyyələrə həsr etmək düzgün deyil. Məsələn, belə bir fikir yaratmaq olmaz ki, 2018-ci ildə respublikaçılar hakimiyyəti Nikola (Paşinyan, red.) təhvil verib getməyi xəyal edirdilər, amma bunu necə edəcəklərini bilmirdilər”, – Mkrtçyan bildirib.

O, Sarkisyanın 10 illik hakimiyyətini “parlaq” adlandıraraq, respublikaçıların bundan əl çəkmələrinə ehtiyac olmadığını deyib.

“Mikoyanın bizim guya hakimiyyəti Nikol Paşinyana verməyimizlə bağlı dediklərindən sonra məndə şübhə yaranmağa başladı ki, bu tezis Köçəryanın ofisinin rəhbəri tərəfindən istifadə hüququ ilə “nikolovçılar”a verilib”, – Mkrtçyan bildirib.

Öz növbəsində, ikinci prezidentinin oğlu, “Hayastan” blokundan olan deputat Levon Köçəryan bildirib ki, hər şey atasının mətbuat konfransından sonra başlayıb.

“Düzünü desəm, bu hücumların səbəbini anlamıram. Təbii ki, belə bir fikir var ki, 2018-ci ildə hakimiyyət dəyişikliyinin qarşısını almaq imkanı var idi. Yaxud heç olmasa, bu məsələyə gəlincə, başqa namizəd irəli sürmək olardı. Bizim əsas məqsədimiz özümüzü şər gücündən azad etməkdir. Bizim reaksiya verməli olduğumuz yerlə harada qalmalı olduğumuz arasında incə xətt var”.

Qeyd edək ki, fevralın 17-də mətbuat konfransı zamanı ikinci prezident Robert Köçəryan üçüncü prezident Serj Sarkisyanla arasında heç bir problem olmadığını bildirib. Amma vurğulayıb ki, birləşməmələrinin səbəbi belə bir addımın effektli olmamasıdır.

Bunun fonunda RPA rəhbərinin müavini Armen Aşotyan və Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyanın tənqidi bəyanatları səsləndirilib və bu, çoxsaylı müzakirələrlə nəticələnib. Belə fikirlər var ki, keçmiş prezidentlərin komandaları bilərəkdən “bir-birinə qarşı qoyulur”.

Избранный
8
1
moderator.az

2Источники