RU

Ülviyyə Xəlilbəyli Şeyx Zayed məscidində - VİDEO

Tanınmış aktrisa Ülviyyə Xəlilbəyova istirahət məqsədilə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yollanıb.

"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, sənətçi Əbu-Dabi şəhərində yerləşən və dünyanın ən möhtəşəm ibadət ocaqlarından biri hesab edilən Şeyx Zayed məscidini ziyarət edib.

Aktrisa məscidə səfəri zamanı lentə aldığı görüntüləri şəxsi instaqram hesabında izləyiciləri ilə bölüşüb. Görüntülərdə Ülviyyə Xəlilbəyovanın məscidin heyranedici memarlığı qarşısında duyduğu təsirləri əks etdirən kadrlar yer alıb.

Qeyd edək ki, Şeyx Zayed məscidi BƏƏ-nin ən böyük ibadətgahlarından biri olmaqla yanaşı, həm də İslam memarlığının şah əsərlərindən hesab olunur. Bu möhtəşəm kompleks ağ mərmərdən inşa edilib və qızılı naxışlarla bəzədilib. 

"Cebheinfo.az" 

Избранный
3
1
cebheinfo.az

2Источники