RU

ADU-da Şərqi Qazaxıstan Universitetinin rektoru ilə görüş olub

Bakı, 5 mart, AZƏRTAC

Martın 5-də Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universitetinin rektoru Toleqen Muxtar və universitetin əməkdaşları Azərbaycan Dillər Universitetində (ADU) olublar.

Bu barədə AZƏRTAC-a ADU-dan bildirilib. Rektor Kamal Abdulla qonaqlarla görüşdə qeyd edib ki, son illər ADU ilə bir sıra beynəlxalq universitetlər arasında sıx əməkdaşlıq və tərəfdaşlıq münasibətləri uğurla inkişaf etməkdədir. ADU-nun beynəlxalq QS reytinqlər cədvəlində layiqli yer tutmasını diqqətə çatdıran rektor müəllim və tələbələrin bilik, bacarıqlarının artırılması istiqamətində xarici ölkələrin təhsil təcrübələrinin önəmindən söz açıb.

Rektor Toleqen Muxtar ADU ilə əməkdaşlığın əhəmiyyətindən danışıb. Qeyd olunub ki, universitetlər arasında elmi, mədəni əlaqələrin qurulması və inkişafı hər iki ölkənin bir-birinə daha da yaxınlaşması deməkdir. QS reytinqlər cədvəlində yer almağın uğurundan danışan rektor bu istiqamətdə uğur qazanmağın yeni imkanlarından bəhs edib. Söhbət zamanı QS layihəsi çərçivəsində qarşılıqlı əməkdaşlığın önəmi vurğulanıb.

Görüşdə müxtəlif mübadilə proqramlarının həyata keçirilməsi, həmçinin dil, mədəniyyət sahəsində elmi təcrübələrin aparılması, ölkələrin mənəvi mühitinin dünyada tanıdılması və təbliğatı ilə bağlı fikirlər səsləndirilib. Dostluq və tərəfdaşlıq münasibətlərində yaranan imkanlardan səmərəli istifadənin önəmi qeyd olunub. Həmçinin elmi əməkdaşlıq çərçivəsində səfərlərin təşkil olunması, müxtəlif görüşlərin həyata keçirilməsi ilə bağlı təkliflər irəli sürülüb.

Избранный
25
azertag.az

1Источники