RU

Çin bərpaolunan enerji mənbələri üzrə iri layihələrin hazırlanacağını bəyan edib

Bakı, 5 mart, AZƏRTAC

Çin hökuməti 2030-cu ilə qədər karbon qazı emissiyalarının azaldılması və 2060-cı ilə qədər karbon tullantılarının səviyyəsinin sıfıra endirilməsi üzrə göstərdiyi səylər çərçivəsində iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş iri layihələr paketini hazırlayacağını bəyan edib.

AZƏRTAC xəbər verir ki, dünyanın ən böyük istixana qazlarının istehsalçısı bildirib ki, yeni dəniz külək elektrostansiyalarını inkişaf etdirəcək və özünün geniş səhra ərazilərində “yeni enerji bazası”nın inşasını sürətləndirəcək. Bu barədə İnkişaf və İslahatlar üzrə Milli Komissiyanın çərşənbə günü dərc edilən hesabatında qeyd olunub.

Təklif olunan layihələrin arasında Tibetin Yarlunuq Çanqlo çayındakı mübahisəli hidroenerji obyekti də nəzərə alınıb. Bu, aşağı su axınlarına mənfi təsir göstərə biləcəyindən ehtiyatlanan Hindistanın narazılığına səbəb olub. Bundan başqa Tibetlə cənub-şərqi Çində yerləşən Honkonq, Makao və Quandun arasında birbaşa elektrik ötürmə xəttinin çəkilməsi planlaşdırılır. Bu barədə “Reuters” agentliyi xəbər verib.

Eyni zamanda, kömür əsas yanacaq növü olaraq qalacaq.

Çinin İnkişaf və İslahat üzrə Milli Komissiyasının hesabatında deyilir ki, ölkə bu il də kömür hasilatını və tədarükünü artırmağa davam edəcək. Bununla yanaşı, Çin kömür elektrik stansiyalarında aşağı karbon texnologiyalarını sınaqdan keçirməyi və fosil yanacaqların bərpaolunan enerji mənbələri ilə əvəz olunmasına yönəlmiş təşəbbüsləri inkişaf etdirməyi planlaşdırır.

Çin iqtisadi artımı stimullaşdırmaq və ekoloji hədəflərinə nail olmaq arasında tarazlıq yaratmağa çalışır.

Milli Komissiyada ötən il karbon emissiyalarının 3,4 faiz azalmasının “gözləntiləri doğrultmadığı” bəyan edilib. Bu vəziyyət enerjiyə olan tələbatın sürətlə artması və ekstremal hava şəraiti ilə izah olunub.

Избранный
15
1
azertag.az

2Источники