RU

Biz amerikalı olmaq istəmirik - Qrenlandiya

BAKI, TurkicWorld

Qrenlandiyanın baş naziri Mute Bourup Egede ABŞ Prezidenti Donald Trampın adanı nəzarətə almaq planlarına sərt cavab verib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Egede Facebook hesabında Trampın Konqresdəki çıxışına reaksiya verib

“Amerikalılar və onların prezidenti bunu dərk etməlidir: Biz satılmırıq və bizi asanlıqla ələ keçirmək olmaz”. - deyə o bildirib.

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen də Trampın iddialarını rədd edərək bunun baş verməyəcəyini və Qrenlandiyanın gələcəyi barədə yalnız qrenlandiyalıların qərar verəcəyini vurğulayıb.

Qeyd edək ki, Donald Tramp Konqresə ilk müraciətində Qrenlandiyanın beynəlxalq təhlükəsizlik üçün vacib olduğunu və "bu və ya digər şəkildə" onu nəzarətə götürəcəklərini bildirib.

“Bizə həqiqətən beynəlxalq təhlükəsizlik üçün Qrenlandiya lazımdır və düşünürəm ki, biz bunu qəbul edəcəyik”, – deyə Tramp vurğulayıb.

Danimarka hökuməti və Qrenlandiya rəhbərliyi Trampın ekspansionist bəyanatlarını qətiyyətlə rədd edib və adanın öz müqəddəratını təyin etmə hüququna malik olduğunu xatırladıb.

Избранный
31
turkic.world

1Источники