RU

"Mercedes" ixtisar aparmadan işçi sayını azaldır

Mercedes konserni 2030-cu ilədək dövriyyəsini 30 faiz artırmağı, istehsal xərclərini isə 20 faiz azaltmağı planlaşdırır. Bu çərçivədə işçi sayı da azalacaq. Lakin kütləvi ixtisarlar istisna edilir. Bəs onda işçi sayı necə azaldılacaq?

Avtosfer.az xəbər verir ki, şirkətin imzaladığı kollektiv müqavilə 2034-cü ilədək avropalıların təbirincə desək, "quru ixtisar"ları qadağan edir. Buna görə də "təbii ixtisar"lara üstünlük verilir. Yəni, işdən çıxanın, təqaüdə çıxanların və vəfat edənlərin vakant yerlərimə işçi qəbul edilmir. Bu üsul Avropada geniş yayılıb və ciddi sosial etiraz doğurmur.

Yeni qayda istehsal sahəsinə aid deyil. Yerdə qalan əməkdaşların isə maaşları artırılacaq.

Vüqar Yaşaroğlu

Избранный
41
avtosfer.az

1Источники