RU

"EMSAN" müştəriləri belə OYUNA SALIR - EHTİYYATLI OLUN!

"Referans.az"a daxil olan müraciətdə vətəndaş Yasamal rayonu, A.M.Şərifzadə küçəsində (İnşaatçılar) yerləşən "EMSAN" mağazasından şikayətçi olduğunu bildirib.

Vətəndaş bildirib ki, "EMSAN" mağazasından air fryer elektronik əşiya alıb və bir neçə gün sonra məhsul ünvana qapalı qutuda göndərilib.  Məhsul qutudan açıldıqdan sonra istifadə edilən zaman müəyyən edilib ki, air fryer qüsurludur və aşağıda yerləşən spiralı işləmir.


Məsələ ilə bağlı "EMSAN" mağazasına müraciət edən zaman bildirilib ki, air fryeri gətir servisə göstərək ondan sonra sizə məlumat verəcəyik. Vətəndaş air fryeri "EMSAN" mağazasının tələbinə uyğun olaraq təhvil verdiyini, üzərindən 20 günə yaxın vaxt keçməsinə baxmayaraq satıcı tərəfindən bir məlumat verilmədiyini bildirib. Bu müddət ərzində vətəndaş mütəmadi olaraq "EMSAN" mağazası ilə əlaqə saxlasada hər dəfəsində məlumat verəcəklərini bildirsələrdə bir nəticəsi olmayıb.


Vətəndaş məsələni aydınlaşdırmaq məqsədi ilə "EMSAN" mağazasına yaxınlaşdıqda isə ona sabah yaxınlaşması bildirilib. Növbəti gün "EMSAN"a yaxınlaşan müştəriyə qüsurun air fryerdən olduğunu, servis tərəfindən təmir etdiklərini və air fryeri götürməsini bildiriblər.

Vətəndaş verilən məhsulun qüsurlu olduğunu, bu səbəbdən "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanununa əsasən istehlakçının qüsurlu məhsulu yenisi ilə dəyişmək hüququ olduğunu bildirərək yeni məhsul tələb etsədə "EMSAN" mağazası tərəfindən bunun mümkün olmadığı bildirilib.

Bunun üzərinə vətəndaş Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət edəcəyini bildirib. "EMSAN" mağazasından şikayət ediləcəiyi ilə bağlı məsələnin rəhbərliyə bildirildiyini və rəhbərlik tərəfindən şikayət edilsədə bunun hər hansı bir nəticəsinin olmayacağı bildirilib.

Maraqlıdır görən "EMSAN" mağazalar şəbəkəsi nəyə arxalanır ki, dövlətin qanunlarını heçə sayaraq istehlakçıların hüquqlarını tapdalayır? 

Qeyd edək ki, müştəri məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət edib.  


Referans MEDİA

Избранный
43
referans.az

1Источники