RU

Rəşad Dağlı əfv üçün müraciət edib? - Yaxınları danışdı

Son günlər mediada qətl törətməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) əfv olunacağı ilə bağlı xəbərlər yayılıb.   Manset.az Lent.az-a istinadən xəbər verir ki,yayılan xəbərləri dəqiqləşdirməkdən ötrü Rəşad Dağlının yaxınları ilə əlaqə saxlanılıb. Yaxınları bildirib ki, Rəşad Dağlı əfv üçün müraciət etməyib. Xatırladaq ki, qətl hadisəsi 2022-ci ilin noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

R.Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

Избранный
98
17
manset.az

10Источники