"Real Madrid"də birdən-birə iki ayrılıq yaşana bilər.

Offsideplus.az xəbər verir ki, "kral klubu" meydanda kifayət qədər şans qazanmayan Arda Güleri vəə Endriki icarəyə göndərməyi planlaşdırır. Bu barədə "Sport Bild" nəşri məlumat yayıb.

"Ayntraxt" və "Leypziq"in Arda Güleri heyətinə qatmaqda istəkli olduqları qeyd edilib.

Xatırladaq ki, 2024/25 mövsümündə Arda 3 qol, 5 məsuldar ötürməyə, Endrik isə 6 qol və 1 məhsuldar ötürməyə imza atıb.