RU

Əli Əhmədov: Bütün sahələrdə qadın iştirakçılığının artması Azərbaycanın potensialının yüksəlməsində başlıca amillərdəndir

Azərbaycan Konstitusiyasının qəbul edilməsi ilə Azərbaycan xalqına xas olan qadına hörmət mənəvi kateqoriyadan hüquqi müstəviyə keçirildi, hüquqi status aldı.

"Report" xəbər verir ki, bunu Milli Məclis Sədrinin I müavini Əli Əhmədov “Konstitusiya və Suverenlik” ili çərçivəsində keçirilən 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə deyib.

O qeyd edib ki, həyatın bütün sferalarında qadınlar iştirak edərək, cəmiyyətin və dövlətin inkişafına töhfə verirlər:

"Azərbaycan cəmiyyətini qadın istirakçılığından ayrı təsəvvür etmək mümkün deyil. Bütün sahələrdə, o cümlədən idarəçilikdə və iqtisadiyyatda qadın iştirakçılığının artması Azərbaycanın potensialının yüksəlməsində ən başlıca amillərdən biridir. İnanıram ki, Azərbaycan hər bir vətəndaşımızın, o cümlədən qadınların fəallığı və vətənpərvərliyi sayəsində daha böyük nailiyyətlər əldə edəcək".

Избранный
14
report.az

1Источники