RU

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin inkişafını müzakirə edib

Görüşdə ikitərəfli münasibətlərin gücləndirilməsi imkanları, ölkənin beynəlxalq quruma üzvlüyü çərçivəsində atılacaq addımlar və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparıblar.

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8) ilə əməkdaşlıq perspektivlərini müzakirə edib.

Operativ Media bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Görüşdə ikitərəfli münasibətlərin gücləndirilməsi imkanları, ölkənin beynəlxalq quruma üzvlüyü çərçivəsində atılacaq addımlar və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparıblar.

Bu məsələlər iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi İsiaka Abdulqadir İmamla keçirilən görüşdə müzakirə olunub.

Görüşdə Azərbaycanın təşkilatla əlaqələrin güclənməsinə önəm verdiyi vurğulanıb, davamlı iqtisadi artıma nail olunması istiqamətində birgə təşəbbüslərin əhəmiyyəti qeyd edilib.

Избранный
12
1
operativmedia.az

3Источники