RU

İngiltərədə autizmli qadını 45 il boş yerə ruhi xəstəxanada saxlayıblar

İngiltərədə autizmli qadını 45 il boş yerə

İngiltərədə autizm və öyrənmə qüsuru olan Kasibba adlı qadın 7 yaşından etibarən 45 il ruhi xəstəxanada saxlanılıb. Onun 25 ili tam təcrid şəraitində keçib.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Kasibba danışa bilmir və ailəsi yoxdur. Onun azadlığı üçün mübarizə 9 il davam edib.

Böyük Britaniyada 2000-dən çox autizm və öyrənmə qüsuru olan insan hələ də məcburi şəkildə ruhi xəstəxanalarda saxlanılır. Hökumət uzun illərdir bu insanları cəmiyyətə inteqrasiya edəcəyini vəd etsə də, bu, hələ də tam həyata keçirilməyib.

Kasibba uşaq evində qaldıqdan sonra 7 yaşında xəstəxanaya yerləşdirilib. 19 yaşında bir xəstəyə kiçik xəsarət yetirdiyi üçün "təhlükəli" hesab edilib və uzun müddət təcrid edilib.

Onun vəziyyətini araşdıran klinik psixoloq Patsie Staite 2013-cü ildə Kasibbanın həbsinin qanuni olduğunu, lakin insani olmadığını aşkar etdi. Azadlığına nail olmaq üçün illərlə mübarizə aparıldı.

2016-cı ildə Kasibbanın azad edilməsi üçün "Azadlıq Komitəsi" yaradıldı. Nəhayət, 2022-ci ildə Müdafiə Məhkəməsi onun xəstəxanadan buraxılmasına qərar verdi.

Hazırda o, cəmiyyət içində dəstək xidməti ilə yaşayır. Sosiallaşır, geyimlərə maraq göstərir və gülərüz insan kimi tanınır.

İngiltərədə Psixi Sağlamlıq Qanununun yenilənməsi ilə bu kimi halların qarşısının alınacağı gözlənilir. Lakin hökumət lazımi dəstək infrastrukturu yaranmadan dəyişiklik edilməyəcəyini bildirir.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Избранный
34
e-saglam.az

1Источники