RU

Pezeşkian niyə istefa vermək istəyir? - "Ziddiyyət dərinləşir"

"İran ciddi islahata möhtacdır. Bu ölkədə islahat heç vaxt tamamlanmayıb. Məsələn, 90-cı  illərin sonunda Məhəmməd Xatəmi buna cəhd etdi, alınmadı. Sonra Həsən Ruhaninin bu istiqamətdə addım atması problemlə üzləşdi. Həsən Ruhaninin prezidentliyi dövründə Qərb ölkələri ilə İran arasında müəyyən anlaşmalar imzalanmışdı.  Məhəmməd Xatəminin prezidentliyi dövründə də İran nüvə proqramına dair Qərblə anlaşmaya yaxınlaşmışdılar. Amma Mahmud Əhməd Nejatın prezident seçilməsi ilə bu səhnə dağıldı". 

Bu sözləri Demokratikmusavat.com -a açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan İranın hazırki prezidenti Məsud Pezeşkianın istefa verməsi xəbərlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, islahat dedikdə İran üçün əsas məsələ xarici siyasi kursda islahat nəzərdə tutulur:

"Çünki ölkə daxilində müxtəlif istiqamətdə - sosial, iqtisadi, siyasi, mədəni və s. sahələrdə iqtisadiyyatın aparılması üçün sərmayə qoymaq lazımdır. Yəni İranın iqtisadiyyatı güclənməlidir, düşdüyü ağır, böhranlı vəziyyətdən çıxmalıdır. 

Bunun üçün isə əsas məsələ sanksiyalardan azad olmalıdır. Sanksiyalardan azad olmaq isə o deməkdir ki, ABŞ ilə, Qərblə, o cümlədən Avropa İttifaqı ilə münasibətlər normallaşmalıdır. Bu baş vermədiyi halda ölkədə islahatlar həyata keçmir. Məsud Pezeşkian da islahatçı xəttin təmsilçisidir. Daha doğrusu, onu da islahatçı sayırlar. O da çıxışlarında, prezident seçkiləri qabağı təbliğat-təşviqat kampaniyası zamanı bəyan etmişdi ki, Qərblə danışıqlara hazırdır. Son hadisələr göstərir ki, Pezeşkianın komandasında Qərblə danışıqlarda nüfuzlu şəxs sayılan prezidentin müavini Məhəmməd Cavad Zərif istefaya göndərilir.

Bu, hakimiyyətin mühafizəkar xəttinin islahatçı hökumətə təzyiqdir. Həmin təzyiqə dözməyərək Pezeşkianın da istefa ərizəsini yazdığına dair xəbərlər yayıldı. Sonra bildirildi ki, İranın ali rəhbəri Məsud Pezeşkianın istefa ərizəsini qəbul etməyib. Əgər istefa qəbul edilmirsə, deməli, hökumətlə ali rəhbər arasında ziddiyyət dərinləşir. Başqa sözlə, hakimiyyətçi mühafizəkar və islahatçı xətt arasında vəziyyət gərginləşə bilər".

Qeyd edək ki, İran mənbələrinin xəbərinə görə, Prezident Məsud Pezeşkian istefa ərizəsini ölkənin ali dini lideri Əli Xameneiyə təqdim edib. Lakin Xamenei bu addımı qəti şəkildə rədd edərək deyib ki, prezidentin gedişi İranı həm beynəlxalq ictimaiyyətin, həm də öz xalqının gözündə “zəiflədəcək”.

Həmidə İbrahimova

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Избранный
14
5
Demokratikmusavat.com

6Источники