RU

İran ciddi siyasi böhran astanasında



"İranda, dini hakimiyyət və icraçı hakimiyyət arasında münasibətlər kəskin şəkildə korlanıb. Hətta ölkə prezidenti Məsud Pezeşkian, mövcud durumdan dolayı, prezident postunu tərk etmək məcburiyyəti ilə üz-üzə olduğunu bildirib. Bundan əlavə, hökumətin içində təmsil olunan islahatçı rəsmilərin istefa vermələri haqda mətbuatda məlumatlar var".

Newscenter.az
xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi İranda son günlər daxili siyasi mühitdə baş verənlərə münasibət bildirərkən səsləndirib. Onun sözlərinə görə. bütün bunlar hamısı deməyə əsas verir ki, İranda dini hakimiyyətlə icraçı hökumət qurumları arasında dərin anlaşılmazlıq və kəskin şəkildə fikir ayrılıqları yaranıb:

"Bu səbəbdən ölkənin iki qanadlı hakimiyyətində ciddi siyasi problemlər yaşanmaqdadır. Bildiyiniz kimi İran yeni prezidenti Məsud Pezeşkian və onun qurduğu hökumət islahat tərəfdarlarıdırlar. Bu səbəbdən bu istiqamətdə ölkədə istər siyasi, istərsə də beynəlxalq səviyyədə islahatların aparılmasına çalışırlar. Amma, ölkənin dini hakimiyyəti buna qarşı çıxaraq, öz gücünü göstərir və bu gücü qoruyub saxlamağa çalışır. Hadisələr belə davam edərsə, ölkədə ciddi şəkildə siyasi böhran yaşana bilər və bu da ölkədə yenidən çaxnaşmalara səbəb olar".

Anar Əliyev
Избранный
29
newscenter.az

1Источники