RU

Azər Bağırov: "Onları çempionat oyununa yaxşı motivasiya edə bildik"

"Görüşün sonunda qol şanslarını dəyərləndirə bilsəydik, bizim üçün daha rahat olardı".

İdman.biz xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov "Neftçi" ilə matçından sonra keçirilmiş mətbuat konfransında deyib.

O, Misli Premyer Liqasının 25-ci turunda qazanılan 1:0 hesablı qələbəni şərh edib: "Neftçi" ilə oyundan sonra komandamızın baş məşqçisi Azər Bağırov fikirlərini jurnalistlərlə bölüşüb: "Oyunlarda çoxlu qol epizodları yaradırıq. Amma istifadə edə bilmirik. Bugünkü görüşdə də eyni hal baş verdi. Vəziyyətlərdən maksimum yararlanmaqda çətinlik ilə üzləşdik. Epizodları dəyərləndirə bilmirik. Daha hazırlıqlı, ehtiyat oyunçular skamyası geniş olan rəqibə qarşı oynadıq. Kubok matçlarında yenildiyimizdən uşaqları çempionat oyununa yaxşı motivasiya edə bildik. Futbolda epizodlar qol da ola bilər, olmaya da. Çünki oyunun sonlarında ajiotaj yaranmışdı. Ən əsası azarkeşlərə minnətdaram. Bakıda qarlı havada "Neftçi"yə uduzmağımıza baxmayaraq stadiona gəlib bizi dəstəklədilər. Fanatların hər dəstəyi bizə motivasiya verir. Azarkeşlər olmasa bu qələbələr olmaz".

Qeyd edək ki, "Kəpəz" 22 xalla 9-cu pillədə qərarlaşıb. Komandanı sonuncu yerdən 4 xal ayırır.

İdman.biz

Избранный
17
1
idman.biz

2Источники