RU

Karyerasını Fransada davam etdirəcək

Bernardo Silvanın “Mançester Siti”dəki gələcəyi sona çatır.

Futbolpress.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi mövsümün sonunda İngiltərə klubunu tərk etməyə hazırlaşır. Onun böyük ehtimalla PSJ-yə keçəcəyi gözlənilir. Xarici mənbələrin məlumatına görə PSJ yayda Silva ilə şəxsi razılıq əldə edib.

Onun yarımmüdafiədə çox yönlü olmasından və sağ cinahda oynamaq bacarığından yararlanması Luis Enrikenin sisteminə çox uyğun gəlir. “Şəhərlilər” Silvanın ayrılmasına razıdır və onun qiymətini 50 milyon avro olaraq təyin edib.

Pep Qvardiola gələn mövsüm Silvanı komandada oynatmağı planlaşdırmır. Çünki Silvanın builki performansı gözləntilərdən aşağıdır.

O, 37 matçda cəmi 3 qol vurub və 4 məhsuldar ötürmə verib.

Избранный
23
futbolpress.az

1Источники