RU

Şəhərin mərkəzində çökən yol avtobuslara çətinlik yaradır VİDEO

"28 may" Nəqliyyat Mübadilə Mərkəzində yeni çəkilən yolun müxtəlif hissələri çöküb. Eyni vəziyyət yolun 3 yerində müşahidə edilir və belə görünür ki, yeni çəkilən yol heç də dözümlü deyil.

Xezerxeber.az-ın xəbərinə görə, hər gün bu ərazidən minlərlə insanı işə və evinə daşıyan avtobus sürücüləri yolda yaranan çökmənin nəqliyyatın rahat hərəkətinə maneə yaratdığını deyirlər

Məsələ ilə bağlı aidiyyatı qurum AAYDA-dan isə bildirildi ki, ərazi onlar tərəfindən təmir olunmayıb, amma qurumun mütəxəssisləri problemin aradan qaldırılması üçün əraziyə baxış keçiriblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
67
1
xezerxeber.az

2Источники