Narkotik alverçilərinə daha bir zərbə.
Xezerxeber.az-ın xəbərinə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib. Əməliyyatlar paytaxtın Binəqədi və Qaradağ rayonları ərazilərində baş tutub. Bir neçə gün davam edən tədbirlərin nəticəsi olaraq 29 yaşlı Ruslan Hüseynov şübhəli şəxs kimi müəyyən edilərək saxlanıb.
Onun avtomobilindən 35 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Ruslan Hüseynov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Füzuli rayonu ərazisindəki əvvəlcədən təyin edilən yerdən götürdüyünü və maddi gəlir qarşılığında ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, Ruslan Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.