Kişi voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 14-cü turun oyunları keçirilib.
Arena.az xəbər verir ki, bütün görüşlər eyni gündə baş tutub.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzindəki ilk matçda MOİK və “Azərreyl” komandaları üz-üzə gəliblər. Görüş “dəmiryolçular”ın “quru hesablı” qələbəsi ilə başa çatıb.
Liderlərin duelində “Murov” və “Xilasedici” komandaları qarşılaşıblar. Oyun gərgin mübarizə şəraitində keçib. Lider 2:3 hesabı ilə uduzub.
Tura “Neftçi” – “Gənclər” oyunu ilə yekun vurulub. “Ağ-qaralar” bu qarşılaşmada çətinlik çəkməyiblər.
Yüksək Liqa
14-cü tur
5 mart
MOİK – “Azərreyl” 0:3 (19:25, 11:25, 19:25)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.
“Murov” – “Xilasedici” 2:3 (24:26, 25:19, 21:25, 25:17, 13:15)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.
“Neftçi” – “Gənclər” 3:1 (25:18, 25:15, 23:25, 25:22)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.
Xallar: Murov – 34. Azərreyl – 31. Xilasedici – 31. Neftçi – 21. MOİK – 5. Gənclər – 1.