RU

Qırğızıstanında terror qruplaşması zərərsizləşdirilib

Qırğızıstan təhlükəsizlik qüvvələri respublika ərazisində terror aktları törətmək niyyətində olan 30 gizli terror üzvünü saxlayıb

Qırğızıstanın təhlükəsizlik qüvvələri respublika ərazisində terror aktları törətmək niyyətində olan 30 gizli terror üzvünü saxlayıb.
Editor.az bildirir ki, bu barədə Milli Təhlükəsizlik Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb. “Antiterror əməliyyatı çərçivəsində… Dövlət Təhlükəsizlik Komitəsi (DTXK) Qırğızıstan ərazisində fəaliyyətləri beynəlxalq terror təşkilatının xarici mərkəzləri tərəfindən koordinasiya edilmiş yeraltı terror qruplaşmasının 30 tərəfdarını saxlayıb”, – Dövlət Milli Təhlükəsizlik Komitəsinin xəbərində deyillir.

Məlumata görə, dəstə üzvləri radikal ideologiyanı müzakirə etmək üçün gizli görüşərək, qadağan olunmuş terror təşkilatlarına ianə də ediblər.

//Samir Qurbanov, Editor.az

Избранный
25
editor.az

1Источники